Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub
22:58 20 Yanvar 2015
100 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 20 yanvar, AzərTAc
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer ilə görüşü olub.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyevin_Almaniyanin_xarici_isler_uzre_federal_naziri_ile_gorusu_olub-826221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR