Beren Saatın xəyalları puç oldu

Beren Saatın xəyalları puç oldu
23:01 20 Yanvar 2015
294 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Beren Saat baş rolda çəkiləcəyi və prodüserliyini edəcəyi Kamal Yılmazın “9On” filminin tizerini İnstaqram səhifəsindən silib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “İntiqam” serialından sonra uzun müddət çəkilişlərdən uzaq qalan aktrisanın məhz bu filmlə ekranlara qayıdacağı gözlənilirdi. Yaxın rəfiqəsi Əsra Dərmancıoğlu ilə də bu layihədə yer almaq üçün razılaşan B.Saatın martın 8-də nümayişi nəzərdə tutulan ekran işinin tizerini silməsi isə filmin olmayacağı dedi-qodularını yaradıb.

Sosial şəbəkə izləyiciləri rejissor K.Yılmaza “Film niyə yoxdur” sualını ünvanlayıblar.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR