Putin Bismarkdan danışdı

Putin Bismarkdan danışdı
23:05 20 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Hərbi Sənaye Komissiyasının toplantısını keçirən Rusiya Prezidenti Putin maraqlı mesajlarla yadda qalıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Moskva bahalı silahlanma yarışına cəlb olunmaq niyyətində deyil, çünki Rusiya heç kəsi təhdid etmir. Prezident bütün məsələləri masa arxasında həll etməyə cəhd göstərdiklərini bildirib:
“Biz digər dövlətlərin öz geosiyasi iddiaları haqqındakı açıq-aşkar bəyanatlarını, müstəqil dövlətlərin daxili işlərinə qarışdıqlarını, eyni zamanda, özlərinin hərbi arsenallarını aktiv şəkildə artırdıqlarını görürük. Bu şəraitdə biz Rusiyanın suverenliyinin etibarlı, zəmanətli müdafiəsini, ərazi bütövlüyünü və milli maraqlarını təmin etməliyik”.
 
Putin güc siyasəti yürüdən bəzi dövlətlərin hansılar olduğuna da diqqət çəkib və bildirib ki, bunu hamı bilir.
Daha sonra Almaniya kansleri olmuş məşhur Otto fon Bismarkın (1871-1890) “mühüm olan arzular deyil, imkanlardır” fikrini sitat gətirən Putin bildirib ki, biz imkanların necə artdığını görürük”.
 
Bunun ardınca o, ABŞ-ın hərbi xərclərinin Rusiya ilə müqayisəyəgəlməz səviyyədə böyük olduğunu xüsusilə vurğulayıb.
 
Qeyd edək ki, 2013-cü ildə NATO ölkələrinin yekun hərbi xərcləri 1 trilyon dollardır (onlardan təxminən 600 milyardı ABŞ-ın payına düşür), Rusiyanın hərbi büdcəsi – 68 milyard dollardır və 2016-cı ilədək 98 milyardadək artırmaq planlaşdırılıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/49426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR