İlin sonuna neft 100 dollara çata bilər

İlin sonuna neft 100 dollara çata bilər
23:05 20 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

İlin sonunadək neftin dünya bazarında qiyməti bir barel üçün 80-90 dollar olacaq, hətta mümkündür ki, 100 dollara çatsın.
Milli.Az musavat.com-a istinadən bildirir ki, belə bir nikbin proqnozla “Shell oil” şirkətinin keçmiş prezidenti Con Xofmeyster çıxış edib.
 
Onun fikrincə, bir müddət sonra bazarlar yuxudan ayılacaq və o zaman tələb təklifi xeyli dərəcədə üstələyəcək – necə ki, 2009-cu ildə belə olmuş, neft analitiklərin proqnozlaşdırdıqlarından da sürətlə bahalaşmışdı.
 
Beynəlxalq Valyuta Fondunun proqnozu isə bu xüsusda daha pessimistdir: qurumun ekspertlərinə görə, neft 2015-ci ildə ortalama 56,73, 2016-cı ildə isə 63,88 dollar dəyərində olacaq. 2014-cü ildə orta rəqəm 96,26 dollar olub.
 
Bu informasiya təşkilatın dünya iqtisadiyyatının yaxın perspektivləri haqda hesabatında əksini tapıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR