Azərbaycan bu gün bir yumruq oldu (VİDEO)

Azərbaycan bu gün bir yumruq oldu (VİDEO)
23:06 20 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qanlı Yanvar” filmi təkcə paytaxt Bakının deyil, həm də ölkənin müxtəlif regionlarında kinoteatrlarda numayiş olunub.

ANS TV-nin məlumatına görə, Bərdədə faciənin ildönümü münasibətilə səhər saatlarında dövlət bayraqları yarıya qədər endirildi. Rayondakı “Qəhrəmanlar” parkına gələn ictimaiyyət nümayəndələri abidə kompleksini ziyarət edərək şəhidləri andı.

Daha sonra anım tədbiri kinorejissor Vahid Mustafayevin 20 yanvar faciəsinin real hadisələri əsasında çəkdiyi “Qanlı Yanvar” filminin nümayişilə davam etdi. Flim gözlənildiyi kimi tamaşıçılarda böyük təəssürat oyatdı.

Şəki şəhərinin dağüstü memorial kompleksində, şəhidlərin xatirəsinə ucadılmış abidənin qarşısında möhtəşəm mitinq keçirildi. İlk əvvəl abidə kompleksi önündə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı.

Mitinqə toplaşan minlərlə insan şəhidlərin məzarlarıni ziyarət etdi.

Bundan sonra 400 nəfərlik tamaşaçı tutumu olan dram teatr və Millli Qəhrəman Çingiz Mustafayev adına Mədəniyyət Mərkəzində “Qanlı Yanvar” filmin nümayiş təqdim olundu.

Film bu gün şimal-qərb bölgəsində Şəki, Zaqatala və Qəbələ rayonlarında gün ərzində nümayiş olunub.

Qubadakı Şəhidlər xiyabanı da bu gün xüsusi izdihamlı, təntənəli idi. Səhər saatlarından başlayaraq burada şəhidlərin ziyarət edilməsinə başlanılıb. Gündüz saat 12-də Qubada şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Qubada kinorejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi də tamaşaçılara təqdim olundu.

“Qanlı Yanvar” filmi tamaşaçıları bir daha o illərə qaytarıb.

20 yanvar hadisələrində 11 şəhid verən lənkəranlılar ümumxalq hüzn günündə şəhidlərin məzarını ziyarət etdilər, dualar oxudular.

Anım mərasimləri çərçivəsində kinorejissor Vahid Mustafayevin ”Qanlı Yanvar” filminin nümayişi oldu. Rayon rəsmiləri, ziyalılar, ictimaiyyətin bütün təbəqlərinin təmsilçiləri 25 il öncə baş verən hadisələrin real əksi olan filmi dərin maraq və həyəcanla izlədi.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR