Rus general öldürüldü?

Rus general öldürüldü?
23:06 20 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Kiyev ərazini tərk edən Ukrayna güc strukturlarının nümayəndələrini "partizan" kimi qəbul ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.

Kütləvi informasiya vasitələrində Ukraynada Rusiya Silahlı Qüvvələrinin general-mayorunun öldürülməsi ilə bağlı yayılan xəbərləri şərh edən Konaşenkov bunu təkzib edib.

"Görünən odur ki, Ukrayna hərbçiləri Donetskdə ayrıca qrup halında döyüş zonasını tərk edirlər. Gündüzlər gizlənirlər, gecələr isə yavaş-yavaş hərəkət edirlər, qaçırlar", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, son vaxtlar Ukraynanın şərqində döyüşlər yenidən qızışıb. Rusiya və Ukrayna vəziyyətin yenidən gərginləşməsində bir-birlərini ittiham edirlər.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR