Qazaxıstanda təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

23:22 20 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 23:20 ]


Bakı-APA. Qazaxıstanın Jambıl vilayətində “An-2” tipli təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb, 1 nəfər sağ qalıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

 

“Qəza nəticəsində ekipajın 3 üzvü və 3 sərnişin ölüb. Hadisə yerində aşkar edilən sağ qadın  dərhal xəstəxanaya çatdırılıb”, deyə məlumatda qeyd olunub.

 

Təyyarənin Balxaş-Şatırgöl marşrutu üzrə hərəkət etdiyi bildirilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR