Rus hərbçilər Gümrüdən çıxır (VİDEO)

Rus hərbçilər Gümrüdən çıxır (VİDEO)
23:26 20 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan yasa batıb. Gümrüdəki 102 saylı hərbi bazanın əsgəri olan Valeri Permyakovun qətlə yetirdiyi ailənin sonuncu üzvünün bu gün anım mərasimi keçirilib. Ermənistan 6 aylıq körpəni sabah torpağa tapşıracaq. Sonuncü ümidin sönməsi isə İrəvanda cuşa gələn anti-Rusiya düşüncəli insanları daha da qəddarlaşdırıb.

ANS TV-nin məlumatına görə, bir neçə gündür Ermənistanı ayağa qaldıran rus əsgəri Valeri Permyakov erməni ailəsinin yeddi üzvünü hansı səbəblə qətlə yetirdiyini açıqlayıb. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazanın əsgəri SSRİ dövründə erməni Vladimir İonesyan tərəfindən ruslara qarşı törədilən qətllərin qisasını almaq üçün bu cür addım atdığını söyləyib.

İonesyan SSRİ döründə kifayət qədər səs-küyə səbəb olan sübuta yetirilmiş 5 qətli törətdiyi üçün həbs olunmuşdu. O, üç yeniyetmə və iki qocanı qətlə yetirdiyini etiraf etmişdi. İndi Permyakov idda edir ki, İonesyanin qətlə yetirdiyi ruslar arasında onun da qohumu olub.

Rusiya prezidenti Putinin ermənistanlı həmkarı ilə telefon danışığından sonra isə Rusiya istintaq kommitəsinin rəhbəri Aleksandr Bastrikin Ermənistana gedib. Erməni mətbuatının məlumatına görə, Serj kommitə rəhbərindən Gümrü hadisələrinin ciddi araşdırılmasını tələb edib. Ən əsası isə odur ki, görüş zamanı erməni etirazçıların tələblərinin bir qismi qəbul edilib. Razılaşmaya görə, Permyakovun məhkəmə prossesi İrevanda baş tutacaq. Bütün prosses isə hər kəsə açıq keçiriləcək. Görüşün keçirildiyi ərəfədə Ermənistanın ictimai xadimi Sarkis Açpanyan keçirdiyi mətbuat konfransında belə bir bəyanat səsləndirib ki, Rusiya Ermənistanı dövlət kimi tanımır:

“Əgər oxşar amansız qətli Türkiyədə Amerika bazasının hərbçisi törətsəydi, elə həmin gün Obama bütün administrasiyası ilə birlikdə Ərdoğanın qarşısında diz çökərdi ki, amandı, birdən Ərdoğan ikitərəfli münasibətlərdən imtina edər. Lakin bir ailənin yox olması ilə bağlı matəm elan etməkdən belə qorxan Ermənistan rəhbərliyinin kölə vəziyyəti ona gətirib çıxardı ki, xaricdəki erməni icmaları da ətalət nümayiş etdirməyə başladı”.

Permyakovun törətdiyi qətldən sonra ayağa qalxan ermənilər həm də Rusiyanın Gümrüdə yerləşdirdiyi 102-ci bazasını ölkədən çıxarılmasını tələb edirlər. Rusiya Müdafiə Nazirliyi bu istiqamətdə də mühüm qərar qəbul edib. “İnterfaks” agentliyinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, 102-ci hərbi bazada həqiqi hərbi xidmət keçən əsgərlər 2016-cı ilin yazında bazanı tərk edəcək və bundan sonra bazanın şəxsi heyəti yalnız müqavilə əsasında hərbi xidmət göstərən hərbçilərdən təşkil olunacaq.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu qərarı Gümrü hadisələrindən sonra qəbul etsə də, rusiyalı hərbçinin bir ailəni qətlə yetirməsilə heç bir əlaqəsinin olmadığını da idda edib.

Mənbə
ANS TV: Natiq Nailəoğlu


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR