Tələbələrin çoxdan gözlədiyi xəbər (VİDEO)

Tələbələrin çoxdan gözlədiyi xəbər (VİDEO)
23:46 20 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb. Yeni təsdiqlənən təhsil strategiyası həm də müəllimin nüfuzunun cəmiyyətdə qaldırılması üçün də işlək olacaq.

ANS TV-nin məlumatına görə, Azərbaycan təhsilini gələcək inkişaf mərhələlərini özündə əks etdirən Təhsil Strategiyasının Fəaliyyət Planını prezident İlham Əliyev təsdiqlədi. Hansı ki, bu plan vasitəsilə strategiyada nəzərdə tutulan müddəaların icrası reallaşacaq. Hazırlanmasına hələ 2013-cü ildə başlanılan təhsil strategiyası 12 illik təhsil sisteminə keçid, ali məktəblərə muxtariyyət verilməsi, regional təhsil idarələri ilə yanaşı bölgələrdə xüsusi təhsil mərkəzlərinin yaradılması, müəllimlərin əmək haqlarının mərhələli şəkildə artırılması və digər yenilikləri özündə əks etdirir. Sənədin nəzərdə tutulan planlarından bir neçəsinin tətbiqinə artıq gələn ildən start veriləcək. Növbəti tədris ilindən 12 illik təhsil sisteminə keçid tətbiq olunacaq. Sənəddə diqqət çəkən maraqlı bir məqamda ali məktəblərdə ödənişli plan yerlərinin ləğv edilməsidir.

Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, gələn tədris ildən ödənişlidə oxumaq istəyənlər üçün plan ləğv olunacaq: "Kim ödəniş hesabına oxumaq istəyir, hansı ixtisası seçir, o da sərbəstdir".

Strategiyada müəllimlərin təcrübə qazanması üçün internatura keçməsinin vacibliyilə yanaşı müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə 2022-ci ilədək müəllimlərin əmək haqlarının mərhələli bir şəkildə artırılacaq.

“İndiyə qədər müəllimlərin atestatiyası həyata keçirilməyib. Sınaq və yaxud diaqnostik qiymətləndirmə atestasiya aparan bir yoldur. Bu onu göstərir ki, istənilən halda bundan sonra da müəllimlərin əmək haqında hər hansı bir dəyişikliyin baş verməsi onların biliklərinin yoxlanılmasının nətıcəsində baş verəcək”, - deyə təhsil üzrə ekspert Etibar Əliyev vurğulayıb.

Təhsil Strategiyasında xüsusi qayğıya ehtiyacı olan fiziki qüsurlu uşaqlar da unudulmayıb. Onlar üçün müasir tələblərə cavab verən təhsil mərkəzləri yaradılacaq. Strategiyada nəzərdə tutulan bütün bu işlərin icrası mərhələli şəkildə 2024-cü ilə qədər reallaşacaq.

Mənbə
ANS TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR