İradə İbrahimova: "Məni orada tutan yeganə güc..."

İradə İbrahimova: "Məni orada tutan yeganə güc..."
00:05 21 Yanvar 2015
175 Şou
Ölkə mətbuatı
A- A+

İradə İbrahimova Türkiyədə keçirdiyi çətinliklərindən söhbət açıb
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, İstanbulda yaşayan müğənni tez-tez özünü orada qərib hiss edib, vətənə qayıtmaq istəyib. Amma onu bu yoldan döndərən başlıca səbəb ailəsi, daha dəqiq desək, həyat yoldaşı Ceyhun olub.
 
"Əslində həyatımın ən zirvəsində Türkiyəyə getdim. Məni buna görə qınayanlar çox oldu. Bəzən görürsən ki, həyat yoldaşınla belə danışmağa söz tapmırsan. Deyirsən ki, minib təyyarəyə Bakıya qayıdım. Dərdini dinləyəcək birini axtarırsan. Məni orada tutan yeganə güc həyat yoldaşım idi. Onun məni başa düşməsi, hörməti idi.
 
Bu günə kimi özümdə bəyənmədiyim bir xüsusiyyət var ki, sanki içimdə 70 yaşlı bir qadın yaşayır. Bu qadını da içimə anam qoyub. Qızıma da həmin yaşlı qadını keçirməkdən qorxuram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR