Bakı-APA. Ukrayna öz ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurta tranzitinə qadağa qoyub.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor) məlumatında bildirilir.
“Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətindən bizə verilən məlumata görə, Ukrayna ərazisi üzərindən Türkiyədən Rusiyaya yumurtanın tranzitinə icazə verilmir”, deyə qurumun məlumatında bildirilir.
Rosselxoznadzor qeyd olunan məhsulun Rusiyaya tədarükü zamanı digər marşrutlardan istifadə etməyi tövsiyə edir.