Rusiya ordusu sərhəddə

Rusiya ordusu sərhəddə
00:36 21 Yanvar 2015
238 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna ilə sərhədə 50 mindən çox Rusiya hərbçisi cəmlənib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak açıqlama verib.

"Bu gün Ukrayna ilə sərhədə Rusiya Ordusunun 50 000-dən çox əsgəri, minlərlə zirehli texnikası, yüzlərlə hərbi təyyarəsi cəmlənib. Bundan başqa, desantçılar və xüsusi təyinatlı qüvvələrin müxtəlif bölmələri, həmçinin ağır artilleriya və zenit-raket kompleksləri yerləşdirilib", - deyə Şkiryak bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədə göndərilməsi haqqında Kiyevin bəyanatlarını "cəfəngiyat" adlandırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR