Sürücü avtobusda namaz qıldı (FOTO)

Sürücü avtobusda namaz qıldı (FOTO)
01:01 21 Yanvar 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə avtobus sürücüsü atdığı addımı ilə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, uzaq səfərə çıxan bir avtobus sürücüsü Şişli Məscidinə yaxınlaşan zaman İkindi namazının azanı verilir.

Dərhal avtobusu saxlayan sürücü səccadəni avtobusda oturacaq olmayan boş sahədə sərərək namaz qılmağa başlayır. Sürücünün bu addımı sərnişinləri heyrətləndirir. Sərnişinlərin çaşqınılığına baxmayaraq sürücü onlara fikir vermədən namazını qılır. Sərnişinlərin bəziləri sürücü namaz qılan zaman avtobusdan yerə düşür, bir hissəsi isə avtobusda qalıb sürücününü namaz qılmasını izləyir.

Sürücü namazını qıldıqdan sonra yoluna davam edib. Onun namaz qılmasının görüntülərini isə sərnişinlərdən biri telefonla çəkərək sosial şəbəkədə paylaşıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR