Yəmən prezidentinə hücum etdilər

Yəmən prezidentinə hücum etdilər
01:16 21 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi üsyançıların hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Yəmənin informasiya naziri çıxışında bildirib.

Onun sözlərinə görə, sarayı hücumla alınıb. Nazir bildirib ki, söhbət dövlət çevrilişinə cəhddən gedir.

Qeyd edək ki, Yəmənin müdafiə naziri Mahmud əs-Subayhin avtomobili də atəşə tutulub. O sağdır, amma ola bilsin ki, yaralanıb. Bundan əvvəl isə qiyamçılar hökumət başçısına hücum edib, həmçinin xüsusi xidmət orqanlarının və bir sıra dövlət KİV-lərinin yerləşdiyi binaları ələ keçiriblər.

Ölkənin paytaxtı Sənada gərginlik artıq ikinci gündür davam edir. Güc strukturları ilə şiə üsyançılar arasında yanvarın 19-da baş verən silahlı qarşıdurmalarda azı 9 nəfərin öldürüldüyü, 67 nəfərin isə zərər çəkdiyi barədə məlumat yayılıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR