Putin yəhudiləri saymadı

Putin yəhudiləri saymadı
01:16 21 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Çexiyaya səfərdən imtina edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Çexiyanın CT telekanalı hökumətdə olan mənbələrinə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, Putin Praqa və Terezine şəhərlərində keçiriləcək Xolokost qurbanlarının anım mərasimi ilə əlaqədar Çexiyaya planlaşdırdığı səfəri təxirə salıb.

Anım mərasimləri yanvarın yanvarın 26-27-də keçiriləcək.

Xəbərə görə, Putinin yerinə mərasimdə Federasiya Şurasının sədrinin müavini iştirak edəcək.

Qeyd edək ki, Vladimir Putin yanvarın 26-da Osvençima lagerinin azad edilməsinin ildönümü ilə əlaqədar Polşaya planlaşdırdığı səfəri də təxirə salıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR