Ana, son damla qanıma qədər döyüşəcəm (VİDEO)

Ana, son damla qanıma qədər döyüşəcəm (VİDEO)
01:31 21 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid Yusif Sadıqovun ölümündən 25 il ötür.

ANS TV-nin məlumatına görə, Bakının müdafiəsinə qalxaraq ölümdən bir an belə qorxmayan Yusif Sadıqov elə anadan olduğu gün, yəni yanvarın 20-də qəhramanlıqla şəhid olub. Ailəsi həmin gün Yusifin səhər saatlarından narahat olduğunu və doğma şəhərin müdafiəsi üçün son damla qanınacan vuruşacağını tez-tez təkrarladığını bidirdilər. Həmin gün isə Yusif evdən çıxarkən heç kimə könüllürə qoşulmaq üçün getdiyi barədə xəbər verməyib. Gecə saatlarında narahatlıq keçirən valideynləri övladlarını axtarmağa başlayıblar.

“Həmin gecə Azərbaycan xalqını – günahsız və əli silahsız insanları tankların tırtırları altında əzdilər. Faciəli sürətdə hələk olanlardan biri də Yusif oldu. Bəlkə də Yusif faciəsi bizim hamımızın faciəsidən dəhşətli idi. Çünki başqalarından fərqli olaraq Yusifdən biz heç nə tapmamışıq. Bir qolu istisna olmaqla” - deyə şəhidin bacısı Sayalı Sadıqova bildirib.

Oğlunun ölüm xəbərini eşidən anası həmin gündən yaddaşını itirib. Sayalı xanım deyir ki, anam həmin gündən özünə qapanaraq heç kəsi görmək istəmir. Ananın ürəyinə çəkilən dağın yarası hələ ki, sağalmayıb.

Əgər Yusif bu gün yaşasaydı onun 51 yaşı tamam olacaqdı. Bu gün ailə bu həsrəti şəkillərlə ovundurmağa çalışır. Bacısı Səyalı deyir ki, şəkillər mənə qardaşımı qaytarmasa da, ona daha yaxın olmağıma kömək edir, onu yanımda hiss etməkdə mənə yardımçı olur. Ailə artıq 25 ildir ki, Yusifsiz yaşayır.

Mənbə
ANS TV: Hürü Əliyeva



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR