20 yanvar qurbanları Qarsda anılıb

20 yanvar qurbanları Qarsda anılıb
01:39 21 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 2015-ci ilin 19 yanvar  tarixində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu tərəfindən Qars şəhərində yerləşən “Şehr-i-Ayaz” adlı 150 nəfərlik toplantı salonunda anma mərasimi keçirilib. Konsulluqdan verilən məlumata görə, tədbirdə baş konsul Ayxan Süleymanlı  20 Yanvar faciəsinin yaranma səbəbləri və bu hadisənin Azərbaycan xalqının tarixində qızıl həriflərlə yazdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 

Sonra Qafqaz Universitetinin  ədəbiyyat fakültəsinin tarix bölümünün dosent müavini Oktya Kızılkaya çıxış edərək 20 Yanvar faciəsinin törədənləri qəti şəkildə pisləyərək, bu hadisənin xalqımızın şanlı səhifəsi kimi dəyərləndirmişdir. Natiq  20 Yanvar hadisələrinin öz azadlığı və müstəqilliyi naminə can atan Azərbaycan xalqının  mübarizliyini nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.

 

Çıxışlardan sonra qarslı şair Murat Şanlı özü yazdığı və 20 Yanvar  şəhidlərinə  həsr olunmuş “Azərbaycan” adlı şeri qonaqlar qarşısında oxuyub. Daha sonra 20 yanvar faciəsi ilə əlaqədar film nümayiş etdirilib, mərasim iştirakçıları Baş Konsulluq tərəfindən quraşdırılmış fotostend  ilə tanış olublar.   

 

Mərasimdə Qars vilayəti Valisinin müavini Akif Pektaş, Qars şəhər Bələdiyyəsinin sədrin vəkili Tahsin Güngörən, sədr müavinləri Yakup Yıldız və Ferit Yenice, Qars şəhər rəsmi və qeyri-rəsmi qurumların  rəhbər və nümayəndələri,  Qars Qafqaz Universitetinin rəhbər, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, KİV-nin və yerli ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR