Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensial var

Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensial var
01:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Azərbaycan və Braziliya arasında turizm sahəsində əməkdaşlıq üçün geniş potensial var.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, bu məsələlər Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovun Braziliyanın Turizm naziri Vinisius Lajes ilə görüşündə müzakirə olunub.
Səfir E.Sultanov Azərbaycanda turizmin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti, əldə edilmiş nailiyyətlər və ölkəmizdə keçirilən beynəlxalq turizm tədbirləri barədə nazirə ətraflı məlumat verib. O, turizm sahəsində Azərbaycan ilə Braziliya arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, bu istiqamətdə əlaqələrin təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir V.Lajes turizm sahəsində Braziliyada görülən işlər barədə məlumat verərək, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini və iki ölkə arasında turizm sahəsində, xüsusi ilə təcrübə mübadiləsinin həyata keçirilməsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Səfir E.Sultanov nazir V.Lajesə ölkəmizin turizm imkanlarını əks etdirən Azərbaycan və portuqal dillərində materiallar təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Braziliya_arasinda_turizm_sahesinde_emekdasliq_uchun_genis_potensial_var-826238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR