Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var - FOTOSESSİYA

Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var  - FOTOSESSİYA
02:17 21 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 02:08 ]

Bakı. Mahir Məmmədli - APA. Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Şərifzadə və Məhəmməd Xiyabanı küçələrinin kəsişməsində qeydə alınıb. Sürətlə hərəkətdə olan "Mersedes" markalı avtomobil işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Qaydanı pozan avtomobil Məhəmməd Xiyabanı küçəsindən Şərifzadə küçəsinə doğru hərəkətə başlayan başqa bir "Mercedes"ə və sürücüsü qadın olan "Porsche" markalı avtomobillərə çırpılıb. Zərbənin təsirindən "Mercedes"lər yarasız hala düşüb. Onlardan birinin Nicat adlı sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə ağır vəzyyətdə  Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, soyadını dəqiqləşdirmək mümkün olmayan sürücü əməliyyat olunur.

 

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, araşdırmalara başlanılıb. Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR