Serjin müharibə qorxusu

Serjin müharibə qorxusu
17:41 25 Dekabr 2014
126 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Avropa İnteqrasiyası Təşkilatının rəhbəri Karen Bekaryan gündəmə gəlmək üçün ölkə jurnalistlərinə sərsəm açıqlamalar versə də, ermənilərin hərbi əməliyyatların başlayacağından necə qorxduqlarını etiraf edib.

ANS PRESS-in məlumatına görə o, bu ilin avqustunnda ermənilər tərəfindən törədilən təxribatı qəhrəmanlıq nümunəsi kimi təqdim edib və deyib ki, bu ilin avqustunda baş verən hadisələr guya Azərbaycan hakimiyyəti tərəfindən yaradılmış mifi dağıtdı.

K.Bekaryan daha sonra çıxışında müharibədən necə qorxduqlarını etiraf edib: "İndi Dağlıq Qarabağ üzrə danışıqlarda geriləmə gözə çarpır. Biz psixoloji və məntiqi baxımdan uduzuruq və bu sahələrdə müəyyən qədər irəliləməliyik. Biz məsələnin hərbi yolla həllini istəmirik. Amma avqust hadisələri göstərdi ki, Azərbaycan özünə güvənərək müharibəyə daha çox üstünlük verir."

O, erməni siyasətçilərinə ağıl da verib: "Ermənistan ilə Dağlıq Qarabağ arasında inteqrasiya səviyyəsinin artırılmasına xüsusi diqqət göstərməlidir. Məktəblilərimiz arasında daha sıx qarşılıqlı səfərlər təşkil olunmalıdır. Bu, daxili inteqrasiyanın əhəmiyyətli elementi olacaq."

Göründüyü kimi, bu ilin avqustunda baş verən təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna necə dərs verdiyi onların yaddaşından hələ çıxmayıb. İndi Azərbaycanın gücünü hiss edən ermənilər müxtəlif səviyyələrdə hərbi əməliyyatlardan çəkindiklərini, müharibədə uduzacaqlarını hiss və etiraf edirlər. İndi özlərini "sülhpərvər" kimi göstərməyə çalışan sarkisyanlar yaxşı anlayırlar ki, Rusiyanın iqtisadi cəhətdən zəiflədiyi bir vaxta hərbi əməliyyatların başlaması onların məhvinə gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR