İŞİD din aliminin qəbrini açıb sümüklərini çıxardı (FOTO)

İŞİD din aliminin qəbrini açıb sümüklərini çıxardı (FOTO)
02:56 21 Yanvar 2015
181 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb şəhərində din alimlərindən birinin məqbərəsi yerli məhkəmənin qərarı ilə uçuruldu.

ANS PRESS-in məlumatına görə, icraçılar külünc və elektrik burğusundan istifadə edərək qazdıqları qəbirdən Seyyid ən Nubhanın sümüklərini çıxarıblar.

Məqbərənin uçurulma işini “Ensaruddin” cəbhəsi, “Nüsra” cəbhəsi, “Əxraruş Şam”, Hələb şəriət məhkəməsi, “Əmri bil Maruf və Nəhyi Anil Münkər” heyəti həyata keçirib.

Qeyd edək ki, məqbərənin uçurulmasına, möminlərin buraya gələrək Allaha şərik qoşması səbəb göstərilib.

Bundan başqa məqbərədə Seyyid ən Nubhana aid kitablar və alimə həsr olunmuş şeirlər aşkarlanaraq İŞİD terrorçuları tərəfindən yandırılıb.

İŞİD qruplaşması daha əvvəl də peyğəmbərin əshabələri, övliyalar və İslam alimlərinə aid məqbərələri partladıb və ya uçurublar.


































Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR