ABŞ-da naməlum şəxs xəstəxanada atışma törətdikdən sonra intihar edib

03:07 21 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 02:43 ]


Bakı-APA. ABŞ-ın Boston şəhərində naməlum şəxs xəstəxanada atışma törədib, sonra isə intihar edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

 

Məlumata görə, silahlı şəxs Brigham and Women's Hospital xəstəxanasına daxil olaraq həkimlərdən birinə 2 dəfə atəş açıb. Onun vəziyyətinin kritik olduğu bildirilir. Polisin yaxınlaşdığını gördükdə isə silahlı şəxs özünə atəş açaraq intihar edib.   

 

Cinayətin motivləri hələlik məlum deyil. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR