ABŞ-da silahlı şəxs həkimi güllələdi, sonra intihar etdi

ABŞ-da silahlı şəxs həkimi güllələdi, sonra intihar etdi
03:59 21 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Boston şəhərində naməlum şəxs xəstəxanada atışma törədib, sonra isə intihar edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

 

Məlumata görə, silahlı şəxs Brigham and Women's Hospital xəstəxanasına daxil olaraq həkimlərdən birinə 2 dəfə atəş açıb. Onun vəziyyətinin kritik olduğu bildirilir. Polisin yaxınlaşdığını gördükdə isə silahlı şəxs özünə atəş açaraq intihar edib.   

 

Cinayətin motivləri hələlik məlum deyil. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR