Rusiyanın Ukrayna ilə qaz oyunu

Rusiyanın Ukrayna ilə qaz oyunu
04:16 21 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Qazprom şirkəti qış fəslində qaza görə Ukraynaya edilən endirimin aprelin 1-də bitəcəyini deyir.

ANS PRESS-in məlumatına görə, şirkətin rəhbəri Aleksey Miller yanvarın 20-də baş nazir Dimitri Medvedevlə görüşdə deyib ki, Ukraynaya verilən qazın qiyməti aprelin 1-dən köhnə müqaviləyə əsasən müəyyən ediləcək. Lakin buna baxmayaraq o konkret rəqəm göstərməyib.

Qazprom bundan əvvəl 2009-cu ilin müqaviləsinə əsasən qazın 1000 kubmetrini Ukraynaya 480 dollara satırdı. Kiyev isə qiymətin aşağı salınmasına çalışırdı.

Ötən ilin oktyabrında tərəflər arasında əldə olunmuş razılaşmaya görə, Kiyev 2014-cü ilin sonunadək , 2015-ci ilin birinci rübünədək isə 365 dollar ödəməlidir.

Miller həmçinin bildirib ki, hazırda Ukraynanın qaza görə Rusiyaya 2.44 milyard dollar borcu var.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR