20 Yanvar şəhidlərinin xatirəsi Ankarada da anılıb

20 Yanvar şəhidlərinin xatirəsi Ankarada da anılıb
04:23 21 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Ankara, 21 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Ankaradakı səfirliyində anma mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan və Türkiyədən ictimai-siyasi xadimlər, elm və incəsənət adamları, diaspor və KİV nümayəndələri, Ankarada təhsil alan azərbaycanlı tələbə və müdavimlər, şəhər ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.
Sonra Səfirliyin müşaviri Dursun Həsənov, təhsil müşaviri Nəcibə Nəsibova, professor Əflatun Nemətzadə və başqaları 1990-cı ilin yanvarında Azərbaycanda törədilmiş hərbi cinayət barədə fikirlərini bölüşüblər.
Daha sonra Qanlı Yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgi ilə tanışlıq olub.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
Ankara





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresi_Ankarada_da_anilib-826243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR