BMT Təhlükəsizlik Şurası Yəmən prezidentini dəstəkləyib

BMT Təhlükəsizlik Şurası Yəmən prezidentini dəstəkləyib
04:28 21 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
BMT Təhlükəsizlik Şurası iqamətgahı qiyamçılar tərəfindən silahlı hücuma məruz qalan Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadini dəstəklədiyini bəyan edib.
AzərTAc xəbər verir ki, bununla bağlı BMT bəyanat yayıb. Sənəddə TŞ ölkədə vəziyyətin kəskin pisləşməsindən narahatlığını ifadə edib və tərəfləri atəşkəs barədə razılığa gəlməyə çağırıb.
“Prezident Əbd Rəbbu Mənsur Hadi seçkilər və Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasının təşəbbüsü, həmçinin bu təşəbbüsün həyata keçirilməsi əsasında qanuni dövlət başçısıdır. Təhlükəsizlik Şurasının üzvləri qeyd edirlər ki, Yəməndəki bütün tərəflər və siyasi qruplar prezident Hadi, baş nazir Haled Bahaha və hökumətin tərəfində olmalıdır ki, ölkəni sabitlik və təhlükəsizlik yolunda saxlamaq mümkün olsun”, - deyə bəyanatda bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_Tehlukesizlik_Surasi_Yemen_prezidentini_destekleyib-826244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR