BMT Təhlükəsizlik Şurası Yəmən prezidentini dəstəklədi

04:42 21 Yanvar 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 04:37 ]


Bakı-APA. BMT Təhlükəsizlik Şurası üsyançı husilərin  Yəməndə prezident sarayına hücumunu pisləyərək ölkə prezidenti Abd Rəbbo Mənsur Hadini dəstəkləyib.  APA-nın “Assoşieyted Press”-ə istinadən verdiyi xəbərə görə, BMT TŞ-nin 15 üzvü tərəfindən qəbul olunmuş bəyanatda qeyd olunur ki, Hadi hakimiyyətin legitim nümayəndəsidir və ölkənin  sabitlik və təhlükəsizlik şəraitində qalması üçün Yəməndəki bütün partiyalar və siyasi xadimlər prezident Hadi, baş nazir Xalid Bax və hökumətin tərəfində olmalıdır.   

 

Bundan əvvəl BMT baş katibi Pan Qi Mun Yəməndə toqquşmaların dərhal dayandırılmasına çağırıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR