“Mavilər” fürsəti əldən verdi (VİDEO)

“Mavilər” fürsəti əldən verdi (VİDEO)
04:46 21 Yanvar 2015
279 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə “Liverpul” öz meydanında “Çelsi” ilə qarşılaşıb.

Hesabda ilk olaraq penalti ilə “mavilər” önə keçib. “Qırmızılar” isə bir çox qol vəziyyətləri yaratsalar da, hamısı uğursuz alınıb. Onlar istəyinə matçın ikinci hissəsində – 59-cu dəqiqədə çatıblar: Sterlinq hesaba tarazlıq gətirib.

Mesabın bərabərləşməsindən sonra özündə əminlik yaranan liverpullular pressinq tətbiq etməyə çalışsalar da onların bu səyi nəticəsiq qalıb və hesab dəyişməyib: 1-1.

Qeyd edək ki, yarımfinal mərhələsinin növbəti oyunu bu gün keçiriləcək.

20 yanvar,
İngiltərə Liqa kuboku,
yarımfinal mərhələsi:

“Liverpul” – “Çelsi” – 1:1
Qollar: Hazard, 18-pen. (0:1), Sterlinq, 59 (1:1)

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=320874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR