Göygöldə 5 otaqlı ev, Bakıda "KİA" yanıb

Göygöldə 5 otaqlı ev, Bakıda "KİA"  yanıb
05:29 21 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "KİA" markalı minik avtomobilində yanğın olub. Nəticədə avtomobilin salonunda oturacaq hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR