Sabiq nazirlər bəraət etdi

Sabiq nazirlər bəraət etdi
05:56 21 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatları çərçivəsində tutuqları vəzifədən istefa verən sabiq nazirlər Çağlayan, Bayraktar, Güler və Bağışın Ali Məhkəməyə göndərilməsi təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gecə keçirilən plenar iclasında qəbul edilmədi. ANS PRESS-in məlumatına görə, gecə TBMM-də Zəfər Çağlayan, Erdoğan Bayraktar, Muammer Güler və Egemen Bağış barədə istintaq komissiyasının hesabatı müzakirə olunub. Sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, sabiq ekologiya və şəhərsalma naziri Erdoğan Bayraktar, sabiq daxili işlər naziri Mummer Güler və sabiq Avropa birliyi naziri Egemen Bağış barədəki işin Ali məhkəməyə göndərilib – göndərilməməsi barədə TBMM-də səsvermə keçirilib.

Egemen Bağış barədə keçirilən səsvermədə 517 millət vəkili iştirak edib. Səsvermədə 245 lehində, 255 əleyhində, 7 bitərəf səs verilib və 4 səs etibarsız olub. Bu nəticəyə görə, Egemen Bağış Ali məhkəməyə göndərilməyəcək.

Muammer Güler barədə səsvermədə 513 millət vəkili iştirak edib. Səsvermədə 241 lehində, 258 əleyhində, 4 boş səs verilib və 4 səs etibarsız sayılıb. Güler də həmkarı kimi Ali məhkəmədən canını qurtara bilib.

Zəfər Çağlayan barədə keçirilən gizli səsvermədə 517 millət vəkili iştirak edib. Sabiq nazirin Ali məhkəməyə göndərilməsinin lehində 242, əleyhində 264 səs verilib. 7 millət vəkili bitərəf, 1 səs boş, 3 səs isə etibarsız sayılıb və nəticə Çağlayanın xeyrinə olub.

Sabiq nazir Çəfər Çağlayanın da Ali məhkəməyə göndərilməsini təklif edən qərar 219-a qarşı 288 səslə qəbul olunmayıb.

ANS PRESS bildirir ki, sabiq nazirlər barədə TBMM-də keçirilən gizli səsvermə başa çatıb və AKP millət vəkilləri onları Ali məhkəməyə göndərilməkdən xilas edib.

Xatırladaq ki, Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra adları rüşvət qalmaqalında hallanan daxili işlər naziri Muammer Güler, iqtisadiyyat naziri Zafer Çağlayan, Avropa Birliyi naziri Egemen Bağış və şəhərsalma naziri Erdoğan Bayraktar tutduqları vəzifədən istefa vermişdilər və onlar barəsində istintaq başladılmışdı.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR