Gecə Bakıda bahalı qəza

Gecə Bakıda bahalı qəza
06:21 21 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şərifzadə və Məhəmməd Xiyabanı küçələrinin kəsişməsində qeydə alınıb. Sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Qaydanı pozan avtomobil Məhəmməd Xiyabanı küçəsindən Şərifzadə küçəsinə doğru hərəkətə başlayan başqa bir “Mercedes”ə və sürücüsü qadın olan “Porsche” markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən “Mercedes”lər yarasız hala düşüb. Onlardan birinin Nicat adlı sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə ağır vəzyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, soyadını dəqiqləşdirmək mümkün olmayan sürücü əməliyyat olunur.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin əməkdaşları gəliblər, araşdırmalara başlanılıb. Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalardan sonra qəzanın səbəbləri və günahkar sürücünün kimliyi məlum olacaq.
Mənbə
ANS PRESS Anar Qafarov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR