Göygöldə ev, Lənkəranda mağaza, Bakıda maşın yandı

Göygöldə ev, Lənkəranda mağaza, Bakıda maşın yandı
06:51 21 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə ötən gün gecə saatlarında bir ev əşyaları ilə alışıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonu, Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan evdə yanğın hadisəsi baş verib.

Hadisə zamanı birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb.

Evin qalan hissəsi FHN-in xilasedici-yanğınsöndürənlərinin səyi nəticəsində yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Lənkəran rayonu, Kərgalan kəndində baş verib. Ümumi sahəsi 120 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan əşyalar 35 kv.m.sahədə yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqda yerləşən obyektlər yanğından mühafizə olunub.

Bakı şəhəri, Nərimanov rayonunda isə vətəndaşa məxsus "KİA" markalı minik avtomobilinin salonunda oturacağ hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR