Mətbəx sirləri: Zeytunlu açma

Mətbəx sirləri: Zeytunlu açma
07:05 21 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az nefisyemektarifleri.com-a istinadən zeytunlu açmanın hazırlanma qaydasını təqdim edir

Tərkibi
(10-12 əd.):

1 st. ilıq süd
1 st. ilıq su
1 st. bitki yağı
1 paket yaş maya
3 dolu x.q. şəkər tozu
1 dolu ç.q. duz
aldığı qədər un

iç:

dənəsiz qara zeytun

üzərinə:

1 yumurtanın sarısı
çörəkotu

İlıq su və süddə mayanı əridin, digər ərzağı qataraq yumşaq, elastik xəmir yoğurun (unu az-az əlavə edin). Qabın üzərinə qida plyonkası çəkin, xəmirin həcmi 2 dəfə artana qədər (təxminən 1 saat) isti yerdə saxlayın.
 
Gəlmiş xəmirdən limon boyda kündələr tutun.

Yağlanmış çörək taxtasının üzərində nazik yayın. Bir tərəfinə zeytun qoyub rulet kimi bükün, kənarlarını birləşdirin (simit kimi, yaxud da spiral kimi bükə bilərsiniz). Perqament döşənmiş siniyə düzün, üzərinə yumurta sarısı çəkib çörəkotu səpin.

20 dəqiqə sinidə saxlayın (şişəcək).

190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.

Dükandan alınan zeytunlu açmadan heç bir fərqi olmur.

Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR