Bakıda qəza: sürücü xəsarət aldı

Bakıda qəza: sürücü xəsarət aldı
07:06 21 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə akademik Zərifə Əliyeva adına parkın qarşısında qeydə alınıb. Qəza zamanı İlqar Cümşüdov küçəsi ilə hərəkətdə olan və Uğur Mahmudovun idarə etdiyi “İnfiniti” markalı avtomobil yol kənarında dayanan “KIA” markalı maşına çırpılıb. Həmin vaxt avtomobildə olan sürücü Vüsal Əliyev xəsarət alıb.

Qəza nəticəsində hər iki maşına ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəlib. Sürücülərin ifadələri alınıb. İlkin ehtmala görə, qəza “İnfiniti” markalı avtomobilin sürücüsü Uğur Mahmudovun yol hərəkəti qaydalarını pozması və sürət həddini aşması səbəbindən baş verib. Qəzanın dəqiq səbəbi araşdırmaların yekununda məlum olacaq.

Mənbə
ANS PRESS Anar Qafarov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR