“25 il öncə bu gün nə baş verdi” - sosial şəbəkələrdə aksiya

“25 il öncə bu gün nə baş verdi” - sosial şəbəkələrdə aksiya
07:08 21 Yanvar 2015
243 Ölkə
Ölkə mətbuatı
A- A+


Stokholm, 21 dekabr, AzərTAc
İsveç, Norveç və Danimarka sakinlərini 20 Yanvar faciəsi barədə məlumatlandırmaq üçün sosial şəbəkələrdə aksiya keçirilib.
İsveçin Gənc Azərbaycanlıları Təşkilatı (SUAZ) 20 Yanvar şəhidlərini anmaq və baş vermiş hadisələri Skandinaviya ölkələri sakinlərinə çatdırmaq məqsədilə sosial şəbəkələrdə “25 il öncə bu gün nə baş verdi” adlı aksiya keçirib.
Aksiya çərçivəsində İsveç, Norveç və Danimarkada 2000-dən çox sosial şəbəkə istifadəçisinə 25 il əvvəl sovet ordusunun Azərbaycanın Bakı və digər şəhərlərində törətdiyi qanlı cinayətlər barədə informasiya verilib.
Qeyd edək ki, SUAZ təşkilatı tərəfindən “Svarta Januari” (“Qara Yanvar”) adlı məqalə “Wikipedia” elektron ensiklopediya səhifəsində İsveç dilində yenilənib və aksiyada əsas material kimi istifadə olunub.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/25_il_once_bu_gun_ne_bas_verdi___sosial_sebekelerde_aksiya-826245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR