Lənkəranda mağaza yanıb

07:12 21 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 06:35 ]


Bakı-APA. Lənkəranda yanğın hadisəsi qeydə alınıb.  APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Kərgalan kəndində (rayon mərkəzindən 6 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan mağazada baş verib. Nəticədə mağazanın yanar konstruksiyaları və içərisində olan əşyalar 35 kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqda yerləşən obyektlər yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR