Teymur Rəcəbovun “Tata Steel Chess” turnirində 9-cu turdakı nəticələri məlum olub

Teymur Rəcəbovun “Tata Steel Chess” turnirində 9-cu turdakı nəticələri məlum olub
07:28 21 Yanvar 2015
212 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” ənənəvi şahmat turnirində 9-cu turun oyunları başa çatıb.
AzərTAc xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenlə görüşüb. Oyun 1-0 dünya çempionun xeyrinə başa çatıb. 9-cu turun nəticələrinə əsasən, şahmatçımız 4,5 xalla 8-ci yerdə qərarlaşıb. Maqnus Karlsen isə turnirdə 7 xalla liderliyi saxlayır. İkinci pillədə amerikalı şahmatçı So Uesli, 3-cü yerdə isə fransız Vaşye-Laqravadır.
Teymur Rəcəbov yanvarın 21-i keçiriləcək 10-cu turda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Teymur_Recebovun_Tata_Steel_Chess_turnirinde_9_cu_turdaki_neticeleri_melum_olub-826250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR