Stiv Cobsun arvadı təzə kişi tapdı (FOTO)

Stiv Cobsun arvadı təzə kişi tapdı (FOTO)
07:51 21 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış Amerika ixtiraçısı və biznesmeni Stiv Cobsun keçmiş həyat yoldaşlarından biri yeni sevgilisi ilə görüntülənib.

ANS PRESS-in məlumatına görə, "Apple" şirkətinin qurucularından biri, "Pixar" və "Next" şirkətinin qurucusu, milyonlara sahib, mərhum Stiv Cobsun dul həyatb yoldaşı Loren Povel Vaşinqtonun sabiq bələdiyə sədri Adrian Fenri ilə eşq münasibətləri yaşayır. Bu barədə İngiltərənin “Mirror” qəzeti xəbər yayıb.

Cobsdan qalan milyonlarla dollar cə “Apple”ın hissələri ilə ABŞ-ın və dünyanın ən varlı qadınlarından olan Loren Povel Karib dənizində ultra-lüks bir yaxtada yeni sevgilisi ilə öpüşüb qucaqlaşarkən paparazzilərin obyektivinə düşüb.

51 yaşlı Lorenin tapdığı sevgilisi 44 yaşlı Adrian iki il əvvəl ailəsindən boşanmışdı. Onların münasibətlərinin elə evil olan vaxtdan başladığı vurğulanır.

Qeyd edək ki, Stiv Cobs 2011-ci il oktyabdın 5-də Kaliforniyada 56 yaşında xərçəng xəstəliyindən vəfat edib.










Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR