“Poroşenko mən gəlirəm” (VİDEO)

“Poroşenko mən gəlirəm” (VİDEO)
07:56 21 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenkonun Ukrayna prezidenti Petro Poroşenkoya müraciəti yayılıb.

ANS PRESS-in məlumatına görə, Zaxarçenko indi də Ukraynanın paytaxtı Kiyevə iddialarını bəyan edib. Belə ki, Zaxarçenkonun sözlərinə görə onun Poroşenko ilə görüşü qaçılmazdır.

“Mən Poroşenkoya səslənirəm. Hər dəfə, biz (ordumuz) istənilən yaşayış məskəninə girəndə, mən sənin iqamətgahına neçə kilometr qaldığını bildirəcəm. Və bizim səninlə görüşümüz qaçılmazdır”- deyərək Zaxarçenko Ukrayna prezidentinə təhdid yağdırıb.

Bundan əlavə çıxışında Ukrayna xalqını böyük millət adlandıran Zaxarçenko öldürdükləri Ukrayna ordusunun əsgərlərinin yaxşı döyüşçü olduqlarını və onlara bir düşmən kimi hörmət etdiklərini bildirib. Zaxarçenko ölən əsgərlərin nəşinin doğmalarına qaytaracaqlarına da söz verdi.

Ukrayna əsgərlərinin analarına müraciət edən Zaxarçenko: “Sizin uşaqlarınız silahla bizim torpaqlara gəldi. Əziz ukraynalılar, biz sizin heç birinizi qorxutmaq istmərik. Bir daha düşünün və uşaqlarınızı ölümə yola salmayın”- deyə Zaxarçenko bildirib.

.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR