Facebook yalan məlumatların qarşısını alacaq

Facebook yalan məlumatların qarşısını alacaq
08:03 21 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Facebook sosial şəbəkəsi yalan informasiyaların yayılmasının qarşısını almaq üçün kampaniyaya başlayıb.
AzərTAc xəbər verir ki, bu barədə sosial şəbəkə özünün xəbərlər saytında məlumat yerləşdirib. Sosial şəbəkənin məqsədi aldadıcı informasiyaların oxucular arasında geniş yayılmasının qarşısını almaqdır. Bundan sonra istifadəçilər belə məlumatlara rast gəldikdə onların uydurma olmasını qeyd edə biləcəklər. Buna baxmayaraq, Facebook bildirir ki, belə məlumatlar silinməyəcək, lakin onların əhatə dairəsi məhdudlaşdırılacaq.
Məlumatda qeyd olunur ki, belə bir təklif istifadəçilərdən daxil olub. Oxucular müxtəlif kampaniyalar haqqında məlumatlara inanır, lakin sonradan bunun yalan olduğunu anlayırlar. Onlar digər istifadəçiləri də belə informasiyalardan qorumaq üçün yeni funksiyadan istifadə edə biləcəklər. Bu funksiya foto və videolara da aid olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Facebook_yalan_melumatlarin_qarsisini_alacaq-826252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR