“AGBank” kartları “3D Secure” sisteminə qoşulub

08:18 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Fevralın 2-dən “AGBank”ın bütün müştəriləri avtomatik olaraq “3D Secure” xidmətindən istifadə edəcəklər.
Bankdan AzərTAc-a bildiriblər ki, aparılacaq hər bir yeni əməliyyat zamanı müştəriyə SMS vasitəsilə yenilənmiş xüsusi şifrə göndəriləcək. Əldə edilmiş şifrəni müştəri internet ödənişləri zamanı istifadə edərək əməliyyatlarını təhlükəsiz həyata keçirə biləcək.
Sistem bankın bütün kartlarına (MC Virtual və Visa Virtuon istisna olmaqla) tətbiq olunacaq. Xüsusi şifrəni əldə etmək istəyən müştəri mütləq “SMS məlumatlandırma” (SMS Notification) xidmətinə qoşulmalıdır.
Bank öz müştərilərinin hesablarının təhlükəsizliyini düşünərək bu sistemə qoşulub. Təqdim edilən yeni “3D Secure” sistemindən hər bir vətəndaş ödənişlərini təhlükəsiz və etibarlı həyata keçirə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AGBank_kartlari_3D_Secure_sistemine_qosulub-826253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR