Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Kanadada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib
08:28 21 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən AzərTAc-a bildirilib ki, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 140-a yaxın dinc vətəndaşın Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirdi və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyinin bərpasına nail oldu.
Azərbaycan diasporunun üzvləri 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film və fotolar nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR