Barak Obamadan İrana jest

Barak Obamadan İrana jest
08:31 21 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama “Guantanamo” həbsxanasının açıq saxlamağın məntiqsizlik olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti həmin həbsxananı bağlamaqda qərarlı olduğunu qeyd edib.

“Bütün dünyanın pislədiyi və terrorçuların tərəfdar toplamaq üçün istifadə etdiyi bir həbsxananı açıq saxlamağın heç bir məntiqi yoxdur. İndi bu işi başa çatdırmağın vaxtıdır. Bu yeri bağlamaq qərarlılığımdan əl çəkməyəcəyəm”.

Barak Obama həmçinin İrana qarşı yeni sanksiyalar qəbul etməyin ağıllı bir iş olmadığını deyib. ABŞ prezidenti həmçinin konqresin bu istiqamətdə təklif edəcəyi qanun layihəsinə də veto qoyacağını vurğuylayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR