Ötən gecə 6 yanğın hadisəsi baş verib

Ötən gecə 6 yanğın hadisəsi baş verib
08:33 21 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakının Nərimanov rayonunda köməkçi tikilinin və ona bitişik birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
AzərTAc xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ötən gecə bir sıra yanğın hadisələrinin qarşısı alınıb. Lənkəran rayonunun Kərgalan kəndində ümumi sahəsi 120 kv.m olan mağazanın 35 kv.m sahəsində yanar konstruksiyalar və içərisində olan əşyalar yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqda yerləşən obyektlər yanğından mühafizə olunub.
Bakının Nərimanov rayonunda isə "KİA" markalı minik avtomobilinin salonunda yanğın olub. Oturacağı yanan avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Qaradağ rayonunda transformatorun yanar hissələri yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.
Göygöl rayonunun Qızılqaya qəsəbəsində ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb.
Digər yanğın hadisəsi paytaxtın Səbail rayonunda baş verib. Birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Evin qalan hissəsini yanğından qorumaq mümkün olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR