Obama: “Rusiya iqtisadiyyatı ABŞ-ın sayəsində parça-parça olub”

Obama: “Rusiya iqtisadiyyatı ABŞ-ın sayəsində parça-parça olub”
08:42 21 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 07:55 ]

Bakı-APA. ABŞ prezidenti Barak Obama yenidən Moskvanı Ukraynanı işğal etməkdə ittiham edərək Rusiyanın beynəlxalq arenada təcrid olunduğunu və iqtisadiyyatının parça-parça olduğunu qeyd edib.

Bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir.  

 

“Biz Amerika gücünün və diplomatiyasının təsirini nümayiş etdiririk. Böyük ölkələr kiçik ölkələrə hücum edə bilməz, biz bu prinsipi dəstəkləyirik. Biz Rusiya təcavüzkarlığına qarşı Ukrayna demokratiyasını dəstəkləyirik və NATO-dakı müttəfiqlərimizə zəmanət veririk”, deyə Obama Konqres qarşısında çıxışı zamanı deyib.  

 

“Ötən il biz müttəfiqlərimizlə birlikdə sanksiyaların tətbiq edilməsi üzərində çalışarkən bəziləri cənab Putinin təcavüzkarlığını bacarıqlı  güc və strategiyanın bir nümunəsi olduğunu güman edirdilər.  Bu gün isə Amerika güclü və müttəfiqləri ilə əlbir olduğu halda, Rusiya təcrid, iqtisadiyyatı isə parça-parça olub”, deyə Obama qeyd edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR