2014-cü ildə Yaponiyanı rekord sayda turist ziyarət edib

2014-cü ildə Yaponiyanı rekord sayda turist ziyarət edib
08:48 21 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 21 yanvar, AzərTAc
Yaponiyanı 2014-cü ildə ziyarət etmiş əcnəbi turistlərin sayı yenin məzənnəsinin aşağı olması səbəbindən əvvəlki illə müqayisədə üçdə bir qədər artıb.
Yaponiya Milli Turizm Agentliyinin ilkin məlumatlarına əsasən, ötən il bu Gündoğar ölkəni 13 milyon 400 min əcnəbi ziyarət edib ki, bu da 2013-cü illə müqayisədə 29 faiz çoxdur.
Bu göstəricinin artması səbəbi kimi Cənub-Şərqi Asiyanın bir sıra ölkələri üçün viza rejiminin sadələşdirilməsi, yapon milli valyutasının məzənnəsinin aşağı düşməsi, həmçinin vergi tutulmayan əmtəələrin siyahısının genişləndirilməsi və Tokioda yerləşən Haneda aeroportunda beynəlxalq reyslərin sayının artırılması göstərilir.
Agentliyin nümayəndələri bildiriblər ki, əgər yenin məzənnəsi indiki səviyyədə qalarsa, cari ildə Yaponiyaya gələn əcnəbi turistlərin sayı 15 milyonu ötə bilər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR