Göygöldə güclü yanğın olub

Göygöldə güclü yanğın olub
09:12 21 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region tv) bildirir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində, 32 yaşlı, Gəncə sakini Abdulla Əhmədova məxsus evdə baş verib. Hadisə yerinə Göygöl Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və 10 canlı qüvvəsi gəlsə də yanğın güclü olduğundan Gəncə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 avtomobili və 30 canlı qüvvəsi də köməyə çağırılıb.

Yanğın ümumi sahəsi  390 kv.m olan fərdi yaşayış evinin 5 otağı və 1 açıq eyvanında olub. Hadisə zamanı evin ümumi sahəsi 130 kv.m olan 3 otağı yanıb, digər 2 otağı, eləcə də açıq eyvanı yanğından mühafizə olunub. Bildirək ki, yanğınsöndürənlər evə bitişik inşaat materialları satılan ticarət obyektinə yanğının keçməsinin də qarşısını alıblar. Xoşbəxtlikdən, evdə heç kim olmadığından xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR