“Daily Record”: Avropa Oyunları möhtəşəm olacaq

“Daily Record”: Avropa Oyunları möhtəşəm olacaq
09:18 21 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+


London, 21 yanvar, AzərTAc 
Şotlandiyanın “Daily Record” qəzeti Bakıda keçiriləcək Avropa Oyunları haqqında yazıb.
Məqalədə “Glasgow-2014” oyunlarının təşkilat komitəsində çalışmış, hazırda isə “Bakı-2015” Avropa Oyunlarının beynəlxalq yayım xidmətinin meneceri xanım Hizer Neilin paytaxtımızda keçiriləcək möhtəşəm idman tədbiri haqqında fikirlərinə yer verilib. O qeyd edib ki, oyunlar möhtəşəm olacaq və Bakıda yaşayan hər bir kəsdə bu oyunların həyəcanını duymaq mümkündür. Paytaxtımız haqqında təəssüratlarını bölüşən menecer Bakı sakinlərinin qonaqpərvər, şəhərin isə çox gözəl olduğunu diqqətə çatdırıb.
Yazıda həmçinin Avropa Oyunları haqqında məlumat verilib. Oyunlarda təmsil olunacaq idman növləri, iştirakçı ölkələr və digər təşkilati məsələlərdən bəhs edilib.
Məqalənin sonunda “Glasgow-2014”ün baş icraçı direktoru David Qrevemberqin sözlərinə istinadən “Bakı-2015 Avropa Oyunları”nın dünyanın növbəti möhtəşəm idman tədbiri olacağı diqqətə çatdırılıb.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daily_Record_Avropa_Oyunlari_mohtesem_olacaq-826258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR