Türkiyənin ən sevilən müğənnilərindən biri Azərbaycana gəlməkdən imtina edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Demet Akalın Azərbaycandan gələn yeni il təklifini qızı Hiraya görə qəbul edə bilməyib. Yeni ildə Azərbaycanda səhnəyə çıxmaq üçün müğənniyə 400 min lirə (135 min manat) təklif edilib.
İfaçı isə 11 aylıq qızının uzun yola çıxa bilmədiyini əsas gətirərək astronomik təklifə "yox" cavabını verib.
“Qızımı yol tutur. Hira bir yana dünya bir yana"
Müğənni bunun əvəzində İstanbulda qalmağı secib. Bunun müqabilində isə o 200 min lirə (67 240 manat) qazanacaq.
“Hira bir necə aylıq olanda onu qoyub bir-iki günlük xaricə gedə bilirdim. Amma indi böyüyüb. Onsuz heç yerdə qala bilmirəm. Hiranı uzun səfərlər narahat edir. Nəzərdən çox qorxuram. Buna görə qızımı insan içinə çox çıxarmaqda istəmirəm".