Barak Obamadan İrana jest

Barak Obamadan İrana jest
09:32 21 Yanvar 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+

İrana qarşı yeni sanksiyalar qəbul etmək ağıllı bir iş deyil
ABŞ prezidenti Barak Obama “Guantanamo” həbsxanasını açıq saxlamağın məntiqsizlik olduğunu deyib.

Anspress-in məlumatına görə, ABŞ prezidenti həmin həbsxananı bağlamaqda qərarlı olduğunu qeyd edib.

“Bütün dünyanın pislədiyi və terrorçuların tərəfdar toplamaq üçün istifadə etdikləri bir həbsxananı açıq saxlamağın heç bir məntiqi yoxdur. İndi bu işi başa çatdırmağın vaxtıdır. Bu yeri bağlamaq qərarımdan əl çəkməyəcəyəm”.

Barak Obama həmçinin İrana qarşı yeni sanksiyalar qəbul etməyin ağıllı bir iş olmadığını deyib. ABŞ prezidenti həmçinin konqresin bu istiqamətdə təklif edəcəyi qanun layihəsinə də veto qoyacağını vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR